Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Beyləqanda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib

"Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda Beyləqan raonunda tədbir keçirilib.
Tədbirdə "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri, “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal, Beyləqan Rayonu İcra Hakimiyyətinin məsul əməkdaşı Suliddin Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Fazil Əsəd, rayon ziyalıları Arif Həsənli, Rövşən Qarabudaq və digər yazarlar, ictimai fəal şəxslər, Beyləqan rayonunda məskunlaşmış Qarabağlı soydaşlarımız fəal iştirak edərək çıxış ediblər.
Tədbirdə çıxış edənlər "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi tərəfindən "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində nəzərdə tutulmuş bölgələrdə Qarabağdan olan məcburu köçkünlərlə birlikdə Qarabağa qayıdış əzmində keçirilən bu yönlü tədbirlərin ictimai-siyasi, mənəvi əhəmiyyətindən söz açıblar.
Natiqlər bu prosesdə informasiya cəmiyyəti fəallığının vacibliyinə diqqət çəkərək qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müqəddəs şəhidlərimizin canı, qanı hesabına, Qazilərimizin sağlamlığının itirməsi nəticəsində azad edilmiş doğma Qarabağ qayıdışla bağlı qüdrətli dövlət başçısı, qalib Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Qarabağda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri, Qarabağ bölgəsinin dirçəlişinə və daha da yüksəlişinə öz müsbət təsirini göstərir. Bildiriblər ki, bununla yanaşı tarixi, əzəli torpağımız olan bu bölgədə rallaşdırılan İctimai-siyasi, iqtisadi, mədəni əhəmiyyətli tədbirlər yerli və beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilərək təqdir edilir.
MİRİİB sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında bildirib ki, QHT Agentliyi tərəfindən belə bir layihənin qalib edilməsi və donor dəstəyinin verilməsi informasiya cəmiyyətinin Qarabağa qayıdış prosesində daha da fəallığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Layihə rəhbəri Zamin Zeynal onuda xüsusi olaraq bildirib ki, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində Beyləqan və digər regionlarımızda nəzərdə tutulmuş bu sayaq tədbirləri keçirməkdə əsas məqsəd Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolunu gücləndirmək bu prosesin daha şəffaf, müsbət və məqsədyönlü şəkildə həyata keçirilməsinə ictimai dəstək göstərməkdir.
Qurum rəhbəri deyib ki, doğma Qarabağa qayıdış yalnız fiziki məkanın geri alınması deyil, həm də insanları, onların sosial əlaqələrini və mədəni irsini bərpa etmək deməkdir. Məlumatın düzgün və səmərəli paylaşılması insanların çətin və kritik dövrü daha asan və sakit keçirə bilməsi üçün vacibdir. Vaxtilə erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvarlarından didərgin salınmış məcburi köçkün soydaşlarımızla bu cür informasiya əhəmiyyətli maarifləndirmə yönümlü görüşlərin keçirilməsi nəticəsində gözlənilən əsas nəticələrdən biri əhali arasında davranış və sosial təcrübə dəyişikliyi olacaq. İnformasiya cəmiyyətinin gücləndirilməsi Qarabağa qayıdan insanların sosial həyatına müsbət təsir göstərəcək, onların öz ata-baba yurdlarına qayıdış prosesinə daha asan adaptasiya olmasına kömək baxımından layihənin davamlılığı olduqca vacibdir.
Qeyd edək ki, Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonunda keçiriləcək.







































































