Menu
Xəbər Lenti
Bakıda 37° isti olacaq
27-07-2025, 11:19

Bakıda 37° isti olacaq

Tokayev Türkiyəyə gedir
25-07-2025, 09:25

Tokayev Türkiyəyə gedir

Azərbaycan nefti bahalaşdı
25-07-2025, 09:20

Azərbaycan nefti bahalaşdı

25 il sonra ilk dəfə...
25-07-2025, 08:42

25 il sonra ilk dəfə...

Tokayev Türkiyəyə gedir
25-07-2025, 08:36

Tokayev Türkiyəyə gedir

29 Tem 11:05Manşet / Dünya

“İmamoğlu işi” ilə bağlı daha 25 nəfər həbs olundu

imamoglu-isi-ile-bagli-daha-25-nefer-hebs-olundu

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan istintaq çərçivəsində yeni əməliyyat keçirilib.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, İSFALT (İstanbul Böyükşəhər Bələdiyyəsinin iqtisadi müəssisələrindən biri - red.) və İETT-in (İstanbul Elektrik, Tramvay və Tunel Əməliyyatları Müdirliyi - red.) qazandığı bir neçə tenderdə korrupsiya faktları ilə bağlı 25 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 21 nəfər saxlanılıb.

Sözügedən əməliyyatlar İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresunda həyata keçirilib.

Həmin şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və sənədlər götürülüb.

Xatırladaq ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində martın 23-də sədr Əkrəm İmamoğlu haqda həbs qərarı verilib. Daha sonra Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.