Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
"Kiçik addımlarla böyük uğura: icma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində təlimlər yekunlaşıb.

Layihənin məqsədi şagirdlərin qeyri-ənənəvi öyrənmə üsulları vasitəsilə bilik və bacarıqlarını inkişaf etdirmək, dərslərə maraqlarını artırmaq və onlara əyləncəli, adaptiv öyrənmə mühiti təqdim etməkdir.
Layihə çərçivəsində 3-5 yaşlı uşaqlar 7 ay müddətində "Kiçik addımlarla böyük uğura: icma əsaslı məktəbəqədər təhsil" layihəsinə cəlb olunacaq. Həftədə 5 dəfə, hər biri 2 saat olmaqla təşkil edilən bu dərslər vasitəsilə şagirdlər həm məktəbdə, həm də fərdi şəkildə bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Layihənin platformasının tanıdılması məqsədilə infosessiya təşkil ediləcəkdir.
Xatırladırıq ki, "Kiçik addımlarla böyük uğura: icma əsaslı məktəbəqədər təhsil" layihəsi Quba rayonu Kainat tədris mərkəzində (Quba filialı) Həsənbəyova Svetlana tərəfindən həyata keçirilir.


Xezertv.info






















































