Menu
Xəbər Lenti
Ankarada da zəlzələ oldu
11-08-2025, 09:58

Ankarada da zəlzələ oldu

Bu rayonlara leysan yağır
11-08-2025, 09:33

Bu rayonlara leysan yağır

Şahdağa dolu düşüb
8-08-2025, 09:26

Şahdağa dolu düşüb

12 Ağu 09:52Manşet / İdman

“Sumqayıt” müdafiəçi transfer etdi

sumqayit-mudafieci-transfer-etdi

“Sumqayıt” daha bir transferini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Əyalət təmsilçisi Portuqaliyanın “Portimonense” klubundan 25 yaşlı cinah müdafiəçisi Keffel Resende ilə “2+1” illik müqavilə imzalayıb.

Braziliyalı yeni komandasında 80 nömrəli forma ilə çıxış edəcək.

Keffel Resende karyerasına ölkəsinin “Retro” klubunda başlayıb, daha sonra Portuqaliyanın “Trofense” və "Torrense” klublarında çıxış edib. Braziliyanın “Paysandu” klubundan icarə əsasında “Portimonense” formasını geyinib.

Xatırladaq ki, “Sumqayıt” buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini və Masaki Muratanı rənglərinə bağlayıb.

Nihad Əsədov