Menu
Xəbər Lenti
33 il tədavüldə...
Dün, 10:01

33 il tədavüldə...

Bu rayonlara leysan yağıb
13-08-2025, 09:16

Bu rayonlara leysan yağıb

Ankarada da zəlzələ oldu
11-08-2025, 09:58

Ankarada da zəlzələ oldu

16 Ağu 08:40Manşet / Gündəm / Siyasət

İş adamı Səfər Əlirzayev Zəngəzur dəhlizinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür etdi

 

Hörmətli cənab Prezident,
Biz - qədim tarixi, zəngin mədəniyyəti və vətənpərvər insanları ilə tanınan Nehrəm qəsəbəsinin sakinləri, o cümlədən ağsaqqalları Zəngəzur dəhlizinin açılması istiqamətində əldə etdiyiniz böyük uğura görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, təkcə Naxçıvanın deyil, bütün Azərbaycan xalqının uzun illərdən bəri arzuladığı tarixi hadisədir. Sizin qətiyyətli siyasətiniz və yorulmaz mübarizəniz nəticəsində Naxçıvanın ana Vətənlə birbaşa əlaqəsi bərpa olunur, xalqımızın birliyi möhkəmlənir.
Bu yolda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyası, Naxçıvana göstərdiyi qayğı və diqqət Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir. Heydər Əliyev demişdir: “Naxçıvan xalqımızın iftixarıdır”. Bu sözlər bizim üçün həmişə yol göstəricisi olub. Siz də bu mirası şərəflə qoruyur, Nehrəm kimi qədim yaşayış məskənlərini inkişaf etdirən layihələr həyata keçirirsiniz.
Zəngəzur dəhlizi sadəcə bir yol deyil, o, könülləri birləşdirən, iqtisadi imkanlarımızı genişləndirən, gələcək nəsillərə daha güclü və möhkəm bir Azərbaycan miras qoyan strateji qapıdır. Nehrəm camaatı, o cümlədən ağsaqqalları hər zaman Sizin yanınızdadır, yürütdüyünüz siyasəti dəstəkləyirlər. Sizin uğurlarınız bizim qürurumuzdur.
Allah Sizə möhkəm cansağlığı, uzun ömür və ali məqsədlərinizin həyata keçməsi üçün güc-qüvvət versin!

Hörmət və ehtiramla,
Səfər Əlirzayev
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu,
Nehrəm qəsəbəsi


https://president.az/az/articles/view/69778?fbclid=IwY2xjawMNBl5leHRuA2FlbQIxMABicmlkETFvUzJ3RkNWM0RMT0hTRThhAR6jzwyudmKsfkiFM9q6LhdIzzu5JZ7ProlZ9NbJkh-e_UhcFqINWvlVveW0pg_aem_Uv0gLpq42ST3Y4NQa24o-g

Fərid Faiqoğlu
AJB-nin üzvü