Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
Xezertv.info xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəstəyi (NAYORA) və Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin (AEGEE) təşkilatçılığı ilə 1–14 avqust tarixlərində artıq dördüncü dəfədir ki ölkəmizdə keçirilən “Beat the Heat Vol. IV” adlı yay universiteti layihəsi uğurla başa çatıb.
Paytaxt Bakı ilə yanaşı, Quba və Nabranı da əhatə edən layihədə Yunanıstan, Almaniya, Böyük Britaniya, Niderland, Danimarka, Sloveniya, İtaliya, Rusiya, Polşa və İspaniya daxil olmaqla 10 ölkədən 20 xarici, eləcə də 30 yerli gənc iştirak edib. İki hissədən ibarət proqramın 1–5 və 10–14 avqust tarixlərini əhatə edən mərhələsi Bakıda, 5–10 avqust tarixlərini əhatə edən mərhələsi isə Quba və Nabran bölgələrində keçirilib.
Bakı mərhələsində iştirakçılar şəhərin mədəni-tarixi zənginliklərini kəşf ediblər. Layihə çərçivəsində Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Şirvanşahlar Sarayı, “Suraxanı” gəmi-muzeyi, Tusi-Bohm Planetarium, Hillside Wine Boutique, “Şərq” və “Yaşıl” bazar kimi məkanlara səfərlər təşkil olunub. Bu fəaliyyətlər iştirakçılara Azərbaycanın mədəni irsi və gündəlik həyat tərzi ilə yaxından tanış olmaq imkanı yaradıb.
Quba və Nabran mərhələsində isə iştirakçılar Azərbaycanın füsunkar təbiəti ilə iç-içə vaxt keçirməklə yanaşı, müxtəlif mədəni və sosial fəaliyyətlərdə iştirak ediblər. Proqram çərçivəsində Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksinə də ziyarətlər təşkil olunub. Müxtəlif ölkələrdən olan gənclər arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi layihənin əsas məqsədlərindən biri kimi ön plana çıxıb.
AEGEE-Bakı Gənclər Təşkilatı layihənin həyata keçirilməsində göstərdiyi mühüm tərəfdaşlığa görə “Azərsüd”-ə dərin təşəkkürünü bildirir.
Azərbaycanlı nümayəndənin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu forumda iştirakı, ölkəmizin gənclər siyasətinin beynəlxalq müstəvidə tanıdılması, gənclərin sülh quruculuğuna verdiyi töhfələrin paylaşılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.































































