Menu
Xəbər Lenti
Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

25 Ağu 09:37Manşet / Gündəm / Dünya

ABŞ səfiri Fransa XİN-ə çağırıldı

 

ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “Le Figaro”ya istinadən xəbər verir ki, səfir Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı məktub fonunda nazirliyə dəvət edilib.

Belə ki, Kuşner məktubunda Fransada antisemitizmin artmasından və hökumətin bununla mübarizədə kifayət qədər tədbir görməməsindən narahatlığını ifadə edib. 

O vurğulayıb ki, Fransada elə bir gün olmur ki, küçələrdə yəhudilərə hücum edilməsin, sinaqoqlar və məktəblər hücuma məruz qalmasın. 

Fransa XİN qeyd edib ki, amerikalı diplomatın açıqlamaları 1961-ci il Vyana Konvensiyasını pozur. Burada isə söhbət dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyindən gedir.