Xəbər Lenti
Bugün, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
29 Mrt 22:47Dünya
Fransada pensiya islahatına etiraz nümayişində polislə toqquşma olub
Fransada pensiya islahatlarına qarşı etiraz nümayişləri davam edir. Həmkarlar İttifaqlarının çağırışı ilə 10-cu ümummilli etiraz nümayişində Daxili İşlər Nazirliyinə görə 740 min, Həmkarlar İttifaqlarına (CGT) görə isə 2 milyondan çox nümayişçi iştirak edib.
AZƏRTAC xəbər verir ki, Fransada pensiya islahatını Konstitusiyanın 49,3 maddəsi ilə qəbul edildikdən sonra hökumətə qarşı qəzəb səngimir. Parisdə, eləcə də digər şəhərlərdə polis və nümayişçilər arasında toqquşma baş verib. Bir çox şəhərdə polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.
Parisdə 27 nümayişçi saxlanılıb, 10 min yoxlama aparılıb.
Fransa paytaxtında Eyfel qülləsi, Versal sarayı, Zəfər tağı kimi abidələr işçilərinin tətil etdiyindən bağlı olub. Nümayişin sonunda aprelin 6-ı 11-ci səfərbərlik günü elan edilib.
Baş nazir Elizabet Born həmkarlar ittifaqlarını aprelin 4-də və ya 5-də danışıqlara dəvət edib.