Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
10-06-2026, 08:14

Xəzərdə zəlzələ oldu

Turanın meyiti tapıldı
10-06-2026, 07:43

Turanın meyiti tapıldı

26 Ağu 08:07Manşet / Gündəm / İdman

Şikar Bədəlov rəqibini nakauta saldı

 

“Kings of kings” təşkilatı Türkiyənin İstanbul şəhərində peşəkar döyüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, 80 kq çəki dərəcəsində keçirilən döyüşdə idmançımız, “Kings of kings” kəmərinin sahibi Şikar Bədəlov Dağıstan əsilli Rusiya təmsilçisi İsmayıl Mahmudovla qarşılaşıb.

İlk raundu xal hesabında öndə başa vuran idmançımız ikinci raundda rəqibi nakauta salmaqla qələbə qazanıb.

Qeyd edək ki, Şikar Bədəlov çıxdığı 17 döyüşdə 14-ü nokaut olmaqla 16 dəfə qalib gəlib.