Xəbər Lenti
10-01-2026, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10-01-2026, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
Azərbaycanlı şahmatçılar ümumi mükafat fondu 125 min ABŞ dolları olan festivalda

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində Beynəlxalq Şahmat Festivalına start verilib.
Oxu.Az xəbər verir ki, 71 ölkənin təmsil olunduğu festivalın əsas bölümündə Azərbaycanı Aydın Süleymanlı və Məhəmməd Muradlı təmsil edir.
Turnirin "Masters" bölümündə Read Səmədov, Xaqan Əhməd, Şiroğlan Talıbov, Süleyman Süleymanlı, Rəvan Uğuzov mübarizə aparır. "Open" bölümündə isə Lalə Hüseynova, Məhəmməd Bağırov, Emil Mehrəliyev, Yaşar Şirinov çıxış edir.
Qeyd edək ki, ümumi mükafat fondu 125 min ABŞ dolları olan festival sentyabrın 1-də yekunlaşacaq.























































