"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Avropa Ukraynada bufer zona yaradılmasını müzakirə edir

Avropa rəsmiləri Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində bufer zona yaradılması məsələsini müzakirə edirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşr yazır ki, söhbət Rusiya və Ukrayna cəbhələri arasında 40 kilometrlik bufer zonanın yaradılması imkanından gedir və bu, mümkün sülh sazişinin tərkib hissəsi kimi nəzərdən keçirilir.
Mənbələrin bildirdiyinə görə, bu təklif Avropa rəsmilərinin Ukraynada atəşkəs və ya müharibədən sonrakı tənzimləmə ssenariləri çərçivəsində müzakirə etdiyi bir neçə variantdan biridir. ABŞ-nin bufer zonanın yaradılması ilə bağlı müzakirələrdə iştirak etmədiyi vurğulanıb.
Sözügedən zonanın sərhədinə nəzarət etməli olan hərbi qüvvələrin sayı da hələlik dəqiqləşməyib.
Məlumata görə, bu say 4 min ilə 60 min arasında dəyişə bilər və onun əsas hissəsini Fransa və Britaniya hərbçiləri təşkil edəcək.






















































