Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
İcra başçısı buna görə şiddətli töhmət alıbmış...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib.
“Qafqazinfo” Unikal.az-a istinadən xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində yoxlama aparılıb. Yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
Həmçinin məlum olub ki, O.Hüseynzadə icra başçısı təyin edilən zaman (01.11.2024) özü ilə 5 nəfəri də Ağdaşa apararaq onlara İcra Hakimiyyətində müxtəlif vəzifələr verib. Bütün işləri sözügedən məmurlar aparıb, bu da etiraza səbəb olub.
O.Hüseynzadə həmin məmurları dünən işdən azad edib.
İşdən çıxarılan şəxslərdən üçünün adı məlum olub:
Quliyev Elvin – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,
Bayramov Şahin – Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi,
Quliyev Samir – Tofiqi Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.
Qeyd edək ki, O.Hüseynzadə açıqlama verərək şiddətli töhmət almasına münasibət bildirib:
“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz. İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.























































