Xəbər Lenti
20-10-2025, 18:33
III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub
19-10-2025, 09:05
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
"Zəngəzurdan dəhlizinin açılışı Orta Dəhlizin imkanlarını genişləndirəcək"
"Çin və Azərbaycan sıx əməkdaşlıq edirlər".
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Çin Qlobal Cənub ölkələri üçün texnoloji əlçatanlığı təmin edir. Hikmət Hacıyev qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 40 faiz artıb və bu, son hədd deyil:
"Azərbaycan və Çin ikitərəfli iqtisadi və ticarət əməkdaşlığını daha da inkişaf etdirməyə davam edəcək. Hazırda bu əməkdaşlıq süni intellekt, bərpaolunan enerji və rəqəmsal transformasiya sahələrini də əhatə edir".
Orta Dəhlizin potensialına toxunan Prezidentin köməkçisi vurğulayıb ki, Çin-Azərbaycan əməkdaşlığı bu dəhlizdən daha səmərəli istifadəyə imkan yaradacaq. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sülh sazişində nəzərdə tutulan və Zəngəzurdan keçəcək dəhlizin açılması da Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək.