"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Zelenski sülh üçün əsas tələbi açıqladı

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi atəşkəs rejiminin tətbiqi ilə başlamalıdır.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Teleqram kanalında Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığının nəticələrini şərh edərkən bildirib.
“Bu müharibənin sonu qeyd-şərtsiz atəşkəslə, tələb olunan sükutla başlamalıdır”, - o yazıb.
Ukrayna liderinin sözlərinə görə, bu mövqeyi hamı anlayır və dəstəkləyir.
O, həmçinin qeyd edib ki, Hindistan tərəfi atəşi dayandırmaq üçün lazım olan səyləri göstərməyə hazırdır. Siyasətçinin sözlərinə görə, Yeni Dehli avqustun 31-də və sentyabrın 1-də Çinin Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşlər zamanı Rusiyaya və digər ölkələrin liderlərinə “siqnal” verəcək.
“Şəhərlərimiz daim atəş altında olanda sülhdən mənalı danışmaq mümkün deyil” - o vurğulayıb.






















































