Menu
Xəbər Lenti
Tramp Çinə gedir
Dün, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

Neftimiz bahalaşdı
9-05-2026, 09:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
9-05-2026, 09:43

DYP-dən xəbərdarlıq

22 Mrt 08:04Manşet / Sosial

Ağsuda iki evdə yanğın oldu

 

Ağsuda iki evdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu rayonunun Daşdəmirbəyli kəndində 1959-cu il təvəllüdlü Rauf Zeyvər oğlu Cəbrayılova məxsus fərdi yaşayış evində yanğın olub.

Yanğın yerinə Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 144 k/m olan yaşayış evinin çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Bundan əlavə növbəti yanğın hadisəsi isə gecə saatlarında Ağsu şəhər N.Tağızada küçəsində, 1961-ci il təvəllüdlü Durasan İsmayıl oğlu Qasımova məxsus fərdi yaşayış evində baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 100 kv.m olan yaşayış evinin 100 kv.m çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Mübariz Muradov