Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

06 Eyl 10:10Manşet / Siyasət

“Azərbaycanla bu sahədə bir-birimizi yaxşı başa düşürük”

azerbaycanla-bu-sahede-bir-birimizi-yaxsi-basa-dusuruk

“Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birilərini yaxşı başa düşür, hökumətlər və müəssisələr səviyyəsində konstruktiv şəkildə işləyirlər”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Baş nazir müavini Aleksey Overçuk deyib.

“Azərbaycanla normal iqtisadi əlaqələrimiz var. Bunu təkrarlamaqdan yorulmuram. Bir neçə gün əvvəl Həştərxanda hökumətlərarası komissiya keçirdik və hər iki tərəf də vurğuladı ki, bizim iqtisadi problemlərimiz yoxdur”, - o qeyd edib.

“Bakı Naxçıvanla əlaqəni təmin edəcək marşrutu bərpa etməyə can atır. Amma Cənubi Qafqazdakı kommunikasiya blokadalarının açılması Ermənistana da faydalıdır. Bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədi bağlıdır, İranla əlaqə var, amma ora gedən yolun təmiri lazımdır. Ermənistanın xarici aləmlə yeganə rahat əlaqəsi Gürcüstan üzərindən olur. Ermənistanın öz inkişafını normal şəkildə davam etdirməsi və qonşularıyla, o cümlədən bizimlə, normal nəqliyyat-logistika əlaqələri qura bilməsi çox vacibdir”, - Overçuk əlavə edib.