Gənc istedad Əhməd Məmmədov: “Hədəfim Azərbaycanı dünya birinciliyində təmsil etməkdir”
“Daş qartal əfsanəsi – əfsanələşən qəhrəmanlıq” - XTQ-nin şəhid giziri Vidadi Nizami oğlu Zalov
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
“Azərbaycanla bu sahədə bir-birimizi yaxşı başa düşürük”

“Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birilərini yaxşı başa düşür, hökumətlər və müəssisələr səviyyəsində konstruktiv şəkildə işləyirlər”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Baş nazir müavini Aleksey Overçuk deyib.
“Azərbaycanla normal iqtisadi əlaqələrimiz var. Bunu təkrarlamaqdan yorulmuram. Bir neçə gün əvvəl Həştərxanda hökumətlərarası komissiya keçirdik və hər iki tərəf də vurğuladı ki, bizim iqtisadi problemlərimiz yoxdur”, - o qeyd edib.
“Bakı Naxçıvanla əlaqəni təmin edəcək marşrutu bərpa etməyə can atır. Amma Cənubi Qafqazdakı kommunikasiya blokadalarının açılması Ermənistana da faydalıdır. Bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədi bağlıdır, İranla əlaqə var, amma ora gedən yolun təmiri lazımdır. Ermənistanın xarici aləmlə yeganə rahat əlaqəsi Gürcüstan üzərindən olur. Ermənistanın öz inkişafını normal şəkildə davam etdirməsi və qonşularıyla, o cümlədən bizimlə, normal nəqliyyat-logistika əlaqələri qura bilməsi çox vacibdir”, - Overçuk əlavə edib.






















































