Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı

“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun uzun müddətdir əksər məhkəmələrdə və müsahibələrində eyni köynəkdə görünməsi sosial şəbəkələrdə müzakirə olunub. İzləyicilərdən bəziləri köynəyin hətta 9 min dollar qiymətinin olduğunu iddia ediblər.
“Qafqazinfo”nun məlumatına görə, iş adamı sonuncu məhkəməsindən əvvəl bu barədə sualı da cavablandırıb.
“Şərurlu İsfəndiyar” əynindəki köynəyi 3 min 700 dollara aldığını açıqlayıb: “9-10 min dollar qiyməti var deyirlər. Boş söhbətdir. 3 min 700 dollara almışam. Rəngi və materialını bəyəndiyim üçün də tez-tez geyinirəm. Qolumdakı qızıl saata gəlincə, köhnədən qalandır. Elə bir qiyməti yoxdur”.
Qeyd edək ki, İ.Axundov son vaxtlar daha çox gündəmə gəlir. Bu yaxınlarda onun milyonlarla qiyməti olan avtomobilləri üzərinə həbs qoyulub, özü isə xüsusi ittiham qaydasında mühakimə edilir.
Sail Ağasəlim






















































