Menu
Xəbər Lenti
Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

07 Eyl 11:02Manşet / Gündəm

Alimlər yeni virus aşkar etdi

alimler-yeni-virus-askar-etdi

“Qafqazinfo” xəbər verir ki, bu  haqda “The Telegraph” yazır.

“Avstraliyada uçan tülkülərdə “Salt Gully” virusu adlanan yeni yarasa patogeni aşkar edilib”, - məqalədə qeyd olunub.

Mütəxəssislər bildirir ki, virus Ümumdünya Səhiyyə Təşkilatının “prioritet patogenlər” kimi təsnif etdiyi digər iki Nipah və Hendra ilə əlaqəlidir.

Alimlər həmçinin bildirirlər ki, hazırda “Salt Gully”nin insanlara yoluxa biləcəyinə dair heç bir əlamət yoxdur.

Avstraliya Milli Elm Agentliyinin tədqiqatçıları əlavə edib ki, vəziyyətin gələcəkdə necə inkişaf edəcəyini dəqiq deyə bilməyəcəklər və yeni patogenin xəstəliyin yayılmasına gətirib çıxara biləcəyini proqnozlaşdırmayıblar.