Menu
Xəbər Lenti
Təbrik Məktubu
Dün, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
Dün, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

17 Eyl 06:51Manşet / İdman

“Qələbəni İlham Əliyevə həsr edirik”

qelebeni-ilham-eliyeve-hesr-edirik

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində qazanılan qələbəni Prezident İlham Əliyevə həsr edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:

“Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.

Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2.

Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.