Xəbər Lenti
Dün, 05:09
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
19-01-2026, 17:40
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
19-01-2026, 16:22
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
19-01-2026, 07:46
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü
Biləsuvarda bu gün ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb.
Belə ki, 33 yaşlı gənc fermer motosikletlə tarladan çıxıb yolun əks istiqamətinə geçərkən onu “Mercedes” markalı minik avtomobili vurub, daha sonra zərbənin təsirindən motosiklet əks istiqamətdə gələn “Qazel”ə çırıpılıb. Motosikletin sürücüsü, Biləsuvar şəhər sakini Tamerlan Zakir oğlu Tağıyev xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, T.Tağıyevin atası 2023-cü yanvarında ovda olarkən ehtiyatsızlıqdan ov gülləsinin qırmasından aldığı xəsarət nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov





















































