Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

23 Eyl 10:01Manşet / Gündəm / Sosial

“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı!

“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı!

Xezertv.info xəbər verir ki, 17–21 sentyabr 2025-ci il tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi keçirilib.
Beş gün davam edən düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarə olunması” kimi mövzular üzrə təlimlərdə və “Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda həmçinin, “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, Breyn Rinq kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə partilər təşkil olunub.
Zəngin məzmunu ilə seçilən düşərgə iştirakçıların liderlik bacarıqlarının inkişafına, komanda ruhunun möhkəmlənməsinə və dövlətçilik dəyərlərinə sadiq gənclər kimi formalaşmasına mühüm töhfə verib. Bağlanış mərasimində isə iştirakçılara sertifikatlar təqdim olunub.



Ulusestv.az