Menu
Xəbər Lenti
Qubada zəlzələ oldu
Bugün, 05:16

Qubada zəlzələ oldu

Azərin əməliyyat olundu
8-12-2025, 05:10

Azərin əməliyyat olundu

Neftimiz bahalaşdı
6-12-2025, 07:49

Neftimiz bahalaşdı

25 Eyl 06:30Manşet / Dünya

ABŞ-də 38 il həbsdə olan şəxsə 25 milyon təzminat ödənilib

abs-de-38-il-hebsde-olan-sexse-25-milyon-tezminat-odenilib

Amerikalı Moris Heystinqs törətmədiyi cinayətə görə Kaliforniya ştatında 38 il həbsdə qaldıqdan sonra 25 milyon dollar məbləğində təzminat alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Heystinqsin vəkilləri məlumat veriblər.

Qeyd olunur ki, bu məbləğ Kaliforniya tarixində ədalətsiz məhkumluğa görə ödənilən ən yüksək kompensasiyadır.

Heystinqs 1983-cü ildə baş vermiş qətldə təqsirli bilinərək həbs edilib. Lakin o, DNT ekspertizasının nəticələrinə əsasən 2022-ci ildə azadlığa buraxılıb. O, 2000-ci ildə DNT testi aparılması üçün müraciət etsə də, bu test yalnız 2021-ci ildə həyata keçirilib. Analiz nəticəsində məlum olub ki, qurbanın bədənində tapılan sperma Heystinqsə məxsus deyil.

DNT-nin uyğun gəldiyi şəxs – Kennett Paknett – həmin qətldən üç həftə sonra başqa bir cinayətə görə həbs olunub və 2020-ci ildə həbsdə olarkən dünyasını dəyişib.

2023-cü ildə məhkəmə Moris Heystinqsin günahsız olduğunu rəsmi olaraq tanıyıb.