Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
“Putini dayandırmaq indi daha ucuzdur”

Rusiya Prezidenti Vladimir Putini və onun Ukraynaya, eləcə də digər ölkələrə qarşı aqressiyasını dayandırmaq indi daha ucuz başa gələr. Rusiyanı sülhə məcbur etmək üçün dünya birgə hərəkət etməlidir.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
Zelenski vurğulayıb ki, müharibəni və silahlanma yarışını dayandırmaq, yeraltı uşaq bağçaları və ya kritik infrastrukturu gizlətmək üçün nəhəng bunkerlər tikməkdən daha az xərc tələb edir.
“Putini indi dayandırmaq, hər limanı və hər gəmini terrorçulardan və dəniz dronlarından qorumağa çalışmaqdan ucuzdur. Biz təcavüzkarı dayandırmaq üçün birgə və fərqli şəkildə hərəkət etməliyik. O zaman silahlanma yarışının bizə fəlakət gətirməməsi üçün şansımız olacaq”, – deyə Zelenski qeyd edib.
Prezident bildirib ki, silah və Rusiyaya qarşı təzyiq lazımdırsa, bunu indi etmək lazımdır, əks halda Putin müharibəni genişləndirərək uzadacaq.























































