Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

28 Eyl 09:31Manşet / Gündəm / Siyasət

Prezidentin əlindən tutduğu qız Nilaydır...

prezidentin-elinden-tutdugu-qiz-nilaydir

Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

Qeyd edək ki, Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində dörd uşaq hər iki valideynini itirib. Onlardan biri 2020-ci il oktyabrın 11-də endirilən raket zərbəsi zamanı ata və anasını, eləcə də nənəsini şəhid verən Nilay Əliyevadır. Həmin vaxt Nilayın heç iki yaşı da yox idi. Atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra şəhid olub.

Xatırladaq ki, Gəncə şəhəri Vətən müharibəsi zamanı - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.