Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

07 Ekm 06:04Manşet / Dünya

Makron “dron divarı”na qarşı çıxdı

makron-dron-divarina-qarsi-cixdi

Fransa Prezidenti Emmanuel Makron Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin “dronlardan müdafiə divarı” layihəsini kəskin tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.

Makron bəyan edib ki, “dəmir qübbə” və ya “dron divarı” kimi ümumi ifadələrə ehtiyatla yanaşmaq lazımdır.

“Avropalılar üçün dəmir qübbələr və ya dron divarları varmı? Hər şey çox daha mürəkkəb və spesifikdir”, – deyə Fransa lideri vurğulayıb.

Nəşrin məlumatına görə, Makron və digər Aİ liderləri hesab ediblər ki, U. fon der Lyayenin təşəbbüsü səsləniş baxımından cəlbedici olsa da, “tam müdafiə illüziyası” yarada bilər. Buna görə də sammitdə bu ideyaya reaksiyalar soyuq olub.

Qeyd edək ki, “dron divarı” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltik ölkələrinin birgə təşəbbüsüdür. Layihə Rusiyayla sərhəd boyunca çoxqatlı müşahidə və avtomatlaşdırılmış müdafiə sistemlərinin qurulmasını nəzərdə tutur və hazırda işlənmə mərhələsindədir.