"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
“Bütün gün oyun oynayır...”
Keçən ilin dekabrında hakimiyyətdən devrilən Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd hazırda ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvada yaşayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Die Zeit” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Əsəd ailəsi “Moskva-Siti” kompleksindəki göydələnlərdən birində təxminən 20 bahalı mənzilə sahibdir. Həmin binalarda isə bir çox xarici vətəndaş, siyasətçi və iş adamı yaşayır.
Mənbənin məlumatına görə, Əsədin həyatı ciddi nəzarət altındadır və ona ictimai açıqlamalar vermək və ya siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. Bu qaydalara əməl etdiyi təqdirdə, onun və ailəsinin Rusiyada təhlükəsizliyinə təminat verilir.
KİV yazır ki, Əsəd ailəsinin Moskva ətrafında dəbdəbəli villası mövcuddur və sabiq Prezident bəzən orada qalır. B.Əsəd vaxtının çoxunu isə onlayn oyunlar oynamaqla keçirir.






















































