Menu
Xəbər Lenti
Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

Messi dünya rekordu qırdı
30-11-2025, 09:30

Messi dünya rekordu qırdı

Süddən imtina etsək...
28-11-2025, 05:26

Süddən imtina etsək...

13 Ekm 10:27Manşet / Gündəm / Siyasət

Trampa İsrailin ən yüksək mükafatı verildi

Trampa İsrailin ən yüksək mükafatı verildi

İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampı ölkənin ən yüksək mükafatı olan - Prezidentin Şərəf Medalı ilə təltif edib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Prezidenti İsxak Hersoqun ofisi məlumat yayıb.

Qeyd olunur ki, nüfuzlu mükafat Trampa Qəzza zolağında israilli girovların azad edilməsində göstərdiyi xidmətlərə görə verilib.

Mükafatın elanı Amerika liderinin İsrailə bu gün başlayan səfəri ilə eyni vaxta təsadüf edir. Medalın özü ABŞ rəhbərinə yaxın aylarda təqdim olunacaq.

Yada salaq ki, Prezidentin Şərəf Medalı 2012-ci ildə İsrailin sabiq prezidenti Şimon Peresin təşəbbüsü ilə təsis edilib. Mükafat İsrail cəmiyyətinə verdiyi töhfələrə, eləcə də bütün dünyada humanitar nailiyyətlərə görə təqdim edilir. Medalı alanlar arasında ABŞ-nin sabiq rəhbərləri - Barak Obama, Bill Klinton, eləcə də keçmiş Almaniya Kansleri Angela Merkel də var.