Xəbər Lenti
7-12-2025, 07:44
İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər
7-12-2025, 07:39
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
7-12-2025, 07:35
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Türkiyədə 17 şagird qidadan zəhərləndi

Türkiyədə Kütahya səfərindən qayıdarkən qida zəhərlənməsi şübhəsi ilə 17 lisey şagirdi xəstəxanaya aparılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğla vilayətindən Əskişəhərə səfər edən şagirdlər Kütahyada yemək yedikdən sonra özlərini pis hiss ediblər.
Onlarda qısa müddət ərzində ürəkbulanma və qusma əlamətləri müşahidə olunub.
Zəhərlənən şagirdlər Kütahya Şəhər Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu və müalicələrinin davam etdiyi bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.






















































