Xəbər Lenti
26-05-2026, 19:04
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
26-05-2026, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
09 Nis 12:21Dünya
İranda onlarla məktəbli qız zəhərləndi

İranın Xuzistan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində onlarla məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Regionmedia.info.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Heftkel Sağlamlıq və Müalicə Mərkəzinin rəhbəri Maziyar Mövlayi açıqlama verib.
Mövlayi bildirib ki, şəhərdəki Hacer Liseyində bəzi şagirdlərin səhhətinin pisləşdiyi xəbərini aldıqdan sonra təcili tibbi yardım qrupları sözügedən məktəbə gedib, bəzi qız şagirdlər isə xəstəxanaya aparılıb.
O, xəstəxanaya yerlşdirilən şagirdlərin vəziyyətinin yaxşı olduğunu deyib.
Qeyd edək ki, İranda 3 aydan artıq müddətdə 230 məktəbdə 5 mindən çox qız şagird zəhərlənib.






















































