Menu
Xəbər Lenti
“AS Group” WUF13-də
22-05-2026, 14:23

“AS Group” WUF13-də

WUF nəyimizə lazımdır?
21-05-2026, 14:29

WUF nəyimizə lazımdır?

24 May 14:07Manşet / Gündəm / Sosial

23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Tədbirdə giriş sözü ilə çıxış edən hüquqşünas Elçin Quliyev  xaricdə təhsilin əhəmiyyəti və bu sahədə hüquqi yanaşmalar barədə fikirlərini bölüşdü.


Sonra söz "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin rəhbəri Nuranə Axundovaya verildi. O, çıxışında rəhbərlik etdiyi agentliyin fəaliyyəti, təqdim olunan xidmətlər və xaricdə təhsil sahəsində mövcud imkanlar barədə geniş məlumat verdi.


Forum çərçivəsində


– Fuad Məmmədov – tarix elmləri doktoru, professor, kulturoloq, Azərbaycanda kulturologiya elminin banisi, QHT Agentliyinin Müşahidə Şurasının sədri,


– Elman Nəsirov – millət vəkili, siyasi elmlər doktoru, professor, tarixçi-politoloq


– Vüqar İsgəndərov – millət vəkili, ictimai-siyasi xadim


– Məlahət Qəhrəmanova – tibb elmləri doktoru, professor, ixtiraçı alim, "Nərgiz" klinikasının baş həkimi və rəhbəri,


– Amir Əliyev – “Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin hüquqşünası və təhsil məsləhətçisi


– Gülnar Səfərova – "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin hüquqşünası,


– Elşad Mirbəşiroğlu – siyasi elmlər doktoru, professor, politoloq


– Asif Rüstəmli – filologiya elmləri doktoru, professor,AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,


-Dürdanə Əliyeva- ADPU-nin Əcnəbi Tələbələr şöbəsinin dekanı,


– Esmira Rzayeva – vəkil, Mediasiya Şurasının İntizam Komissiyasının üzvü


– Aida Bəndəliyeva – ATU-nin Əczaçılıq Texnologiyası və İdarəçiliyi kafedrasının baş müəllimi,


– Zemfira Ağayeva – "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri, sahibkar,


  -Firəngiz Quliyeva - biologiya elmləri üzrə fəlsəfə doktoru, ATU-nin biologiya kafedrasının baş müəllimi,


-İradə Əlili - tarix elmləri üzrə fəlsəfə doktoru, pedaqoq,təhsil eksperti,


-Fariz Əkbərov - hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İB-nin sədri,


 -Vəfa Vəliyeva - VİP Academy Education Centre təsisçi, təhsil eksperti,


-Hacı Quliyev - ictimai xadim, Strateji layihələr mərkəzinin direktoru,


-Gülnaz Ələkbərova - sahibkar, xeyriyyəçi


və digər iştirakçılar çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bölüşdülər.


 

Tədbir çərçivəsində "Unikal Xaricdə Təhsil və Hüquqli Konsaltinq Agentliyi"nin  xidmətləri sırasında qeyd olundu ki, bütün konsultasiyalar hüquqşünaslar tərəfindən həyata keçirilir.


 

Konsultasiya və xidmətlərə aşağıdakılar daxildir:


– uyğun ölkə və universitet seçimi


– yaşayış yerinin təşkili


– təhsil və xərclərin planlaşdırılması


– sənədlərin hazırlanması, tərcüməsi və notarial təsdiqi


– viza və səfirlik prosedurları


– sığorta təminatı


– aviabiletin təşkili


– qarşılanma və yola salınma


– təhsil müddətində davamlı müşayiət


 

"Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkil etdiyi "Xaricdə Təhsil Forumu-2026" iştirakçılar tərəfində maraqla qarşılandı və sonda xatirə şəkli çəkildi.


 

 

Jale Ağakişiqızı

Zeferyolu.az-ın rəhbəri