Menu
Xəbər Lenti
Cəlilabadda zəlzələ oldu
24-05-2026, 10:57

Cəlilabadda zəlzələ oldu

“AS Group” WUF13-də
22-05-2026, 14:23

“AS Group” WUF13-də

27 May 09:19Dünya / Manşet

Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı

 

Türkiyənin Çanaqqala şəhəri yaxınlığında – Egey dənizində qanunsuz miqrantları daşıyan qayıq saxlanılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığının mobil radarı ilə müəyyən edilən motorlu rezin qayıq Ayvacıq qəsəbəsi istiqamətində dayandırılıb.

Məlum olub ki, qayıqda Avropaya qanunsuz miqrasiya etmək istəyən 31 miqrant var. Onların hamısı Əfqanıstan və Azərbaycan vətəndaşları olub. Saxlanılan şəxslərdən 9-u uşaqdır.

Sahil Mühafizə Komandanlığı saxlanılan şəxsləri aidiyyəti üzrə təhvil verib.