Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

18 Ekm 11:04Manşet / Gündəm / Siyasət

“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”

mehriban-eliyevanin-vatikan-seferi-azerbaycanda-dinlerarasi-dialoqun-gostericisidir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri barədə “X” hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Hikmət Hacıyev Mehriban Əliyevanın səmərəli görüşlərinin, o cümlədən Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini bildirib.



Ad - 00:28


Onun sözlərinə görə, Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir.

Hikmət Hacıyev qeyd edib ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycan bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsidir.

O əlavə edib ki, qadınların gücləndirilməsi və bərabər imkanların təminində mühüm təcrübəyə malik Azərbaycan Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirərək, qlobal miqyasda sülh, dialoq və əməkdaşlığa əsaslanan müsbət gündəliyi irəli aparır.