"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
“O, Budapeştə gəlsə belə, toxunulmaz qalacaq”

Macarıstan hakimiyyəti Rusiya Prezidenti Vladimir Putin Budapeştə səfər etsə belə, onu həbs etməyəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto CNN-ə açıqlamasında bildirib.
Nazir vurğulayıb ki, rəsmi Budapeşt Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarlarını tanımır və artıq bu qurumun tərkibindən çıxdığını bəyan edib.
Siyartonun sözlərinə görə, Budapeşt Putinlə ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşün baş tutmasına mane olmayacaq:
“Putin ABŞ-yə səfər edəndə onu heç kim həbs etmədi. O, Budapeştə gəlsə belə, toxunulmaz qalacaq. Ümid edirəm, Avropa ölkələri onun səfərinə mane olmayacaq, çünki bu görüş bütün dünya üçün vacibdir”.
Nazir əlavə edib ki, əgər hansısa ölkə Rusiya Prezidentinin təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməzsə, bu addım sülh istəməmək kimi qiymətləndiriləcək.






















































