QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
ARHD.AZ saytının rəhbəri, Beynəlxalq Hüquq Eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Space TV kanalında yayımlanan verilişdə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə, şəhidlərimizin qəhrəmanlığı və ölkə rəhbərliyinin apardığı siyasətin əhəmiyyətindən bəhs edib.
İsmayıl Zalov qeyd edib ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızın azad olunması təsadüfi bir hadisə deyil. Bu, Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və məqsədyönlü siyasətinin parlaq nəticəsidir. Onun sözlərinə görə, dövlət başçısının milli maraqlara əsaslanan diplomatik fəaliyyəti, ordu quruculuğuna göstərdiyi diqqət və xalqın birliyi Azərbaycanın tarixi Zəfərini təmin edib.
“Bu gün biz qalib xalqıq. Azərbaycan Ordusu şəhidlərimizin qanı, xalqımızın iradəsi və Prezidentimizin rəhbərliyi ilə 30 illik işğala son qoydu. Bu, təkcə hərbi qələbə deyil, həm də milli ruhun, vətənpərvərliyin və dövlətçilik ideyalarının təntənəsidir,” – deyə İsmayıl Zalov bildirib.
Ekspert eyni zamanda şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmət və ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb: “Onların fədakarlığı sayəsində bu gün Azərbaycan torpaqlarında sülh, sabitlik və azadlıq hökm sürür. Hər birimiz bu müqəddəs dəyərləri qorumağa borcluyuq.”
İsmayıl Zalovun çıxışı bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib və beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirib.
Xüsusi müxbir: Ramil Abışov


























































