“Daş qartal əfsanəsi – əfsanələşən qəhrəmanlıq” - XTQ-nin şəhid giziri Vidadi Nizami oğlu Zalov
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
“Titanik” sərnişininin şəxsi arxivi hərraca çıxarılır

İndiyədək ictimaiyyətə təqdim edilməyən, “Titanik”in birinci sinif sərnişini Frederik Sattona məxsus şəxsi əşyalar toplusu 100 min funt sterlinqdən çox qiymətə satıla bilər.
“Qafqazinfo”nun BBC-yə istinadən verdiyi məlumata görə, arxiv noyabrın 22-də Britaniyanın Uiltşir qraflığında keçiriləcək hərracda satışa çıxarılacaq. Sənədlər arasında “Titanik”dən xilas olan yeganə birinci sinif sərnişin siyahısı və “White Star Line” şirkətinin ailələrə göndərdiyi məktub da yer alır. Məktubda qeyd olunur ki, ailələr yaxınlarının cəsədlərini geri gətirmək üçün birinci dərəcəli qatar biletlərinin pulunu özləri ödəməlidirlər.
Hərracı təşkil edən şirkətin nümayəndəsi Endryu Oldrik bildirib ki, bu arxiv nadir kolleksiyalar arasında ən tam və əhəmiyyətli nümunələrdən biridir.
Frederik Satton Suffolk qraflığında anadan olub, ailəsi ilə birlikdə ABŞ-nin Nyu-Cersi ştatına köçərək daşınmaz əmlak biznesindən böyük sərvət qazanmışdı. 1912-ci ilin martında səhhəti ilə bağlı səbəblərə görə İngiltərəyə səfər edib, ABŞ-yə isə “Titanik” gəmisi ilə qayıdırdı.
Kolleksiya 1912-ci ildən bəri ailənin mülkiyyətində qalıb və indiyə qədər heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib. Arxivin ikinci hissəsinin gələn il satışa çıxarılacağı bildirilib.





















































