Menu
Xəbər Lenti
Oyunun ən pisi o seçildi
28-10-2025, 04:51

Oyunun ən pisi o seçildi

Starmer Türkiyəyə gedir
27-10-2025, 06:24

Starmer Türkiyəyə gedir

31 Ekm 05:01Manşet / Sosial

Bəzi avtomobil nömrələri ləğv olundu - Rəsmi

bezi-avtomobil-nomreleri-legv-olundu

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verr ki, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb.

Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.

Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.