Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
Rusiya buğdasının partiyası Azərbaycandan keçərək Ermənistana çatdırıldı

Rusiya buğdasının partiyası Azərbaycandan və Gürcüstandan keçərək Ermənistana çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya buğdasının yeni partiyası Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana gətirilib.
“Bu, Rusiya buğdasıdır. O, dəmir yolu ilə Rusiyadan Azərbaycana gətirilib. Hazırda bizim Azərbaycanla birbaşa dəmir yolu əlaqəmiz olmadığından, yük daha sonra Gürcüstan ərazisindən keçərək Ermənistana daxil olub”, – deyə Papoyan bildirib.
Onun sözlərinə görə, gələcəkdə TRIPP marşrutu işə salındıqdan və Meğri istiqamətində dəmir yolu əlaqəsi bərpa edildikdən sonra bu cür yüklər Rusiyadan Azərbaycana, oradan isə Ermənistanın cənubundan keçməklə Naxçıvana, daha sonra yenidən Ermənistana daşınacaq.
Papoyan qeyd edib ki, yaxın günlərdə Qazaxıstandan gələn buğda da Azərbaycan ərazisindən keçməklə Ermənistana gətiriləcək:
“Bu, tamamilə yeni bir imkandır, çünki hazırda faktiki olaraq Ermənistan–Çin arasında birbaşa dəmir yolu əlaqəsi yaranıb”, – deyə nazir vurğulayıb.
Nazir xatırladıb ki, indiyə qədər buğda tədarükü əsasən “Yuxarı Lars” vasitəsilə həyata keçirilirdi, lakin bu marşrutda uzun növbələr, çətinliklər və yüksək nəqliyyat xərcləri müşahidə olunurdu.
Papoyanın sözlərinə görə, Azərbaycan ərazisindən tranzit daşımalar buğda idxalında fasiləsizliyi təmin edir, tədarük marşrutlarını şaxələndirir və maya dəyərini aşağı salır.





















































