Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Sabiq və indiki rəislər paradı birlikdə izlədi

Üç gün əvvəl Vətən müharibəsindəki zəfərimizin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda dövlətin müxtəlif qurumlarını təmsil edən rəhbər şəxslər də iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, Azadlıq Meydanında baş tutan paradı izləyənlər arasında yüksək rütbəli zabitlər də yer alıblar.
Onların sırasında Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi, general-mayor Fərid Əsgərov və onun sələfi, general-polkovnik Bəylər Əyyubov da olub. Generallar möhtəşəm tədbiri birlikdə izləyiblər. Onların birgə fotosu maraq doğurub. Fərid Əsgərov həm də ilk dəfə general formasında ictimaiyyət qarşısında görünüb.
Qeyd edək ki, bu ilin iyun ayında B.Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə F.Əsgərov gətirilib.

























































