Menu
Xəbər Lenti
Bu gün Yel çərşənbəsidir
10-03-2026, 05:20

Bu gün Yel çərşənbəsidir

Telefonla danışdılar
10-03-2026, 05:17

Telefonla danışdılar

“Narazıyam” - Tramp
10-03-2026, 05:08

“Narazıyam” - Tramp

Bu gün imtahan var
9-03-2026, 08:29

Bu gün imtahan var

13 Kas 05:13Manşet / İdman

Ən böyük səhvindən danışdı

en-boyuk-sehvinden-danisdi

“Barselona”nın əfsanəvi yarımmüdafiəçisi və sabiq baş məşqçisi Xavi Ernandes Kataloniya klubunu çalışdırarkən buraxdığı ən böyük səhvi açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis bu barədə “FC Barcelona News”a müsahibəsində danışıb.

“Komandada işə başlayanda futbolçular üçün çox yüksək standartlar qoydum, çünki klub aşağı gözləntilər dövründən çıxırdı. Mənim səhvim bu yüksək tələbləri cəmi bir il saxlamaq oldu. Titul qazanıldıqdan sonra futbolçuların motivasiyası və oyun intizamı zəiflədi ki, bu da nəticələrə birbaşa təsir etdi. Nəticədə, “Barselona” son mövsümünü kuboksuz başa vurduqdan sonra komandadan ayrıldım”, – deyə o bildirib.

Xatırladaq ki, Xavi 2021-2024-cü illər ərzində “Barselona”nı çalışdırıb və bu müddətdə La Liqa çempionluğu ilə İspaniya Superkubokunu qazanıb.