Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Mərhəmət Lələyev CənubunSəsi –kollektivi Bakı səfərinin geniş icmalı (13–14 noyabr 2025)

Cənubunsəsi kollektivi 13–14 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində Cənub bölgəsinin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, elm, ədəbiyyat və biznes mühitinin nümayəndələri ilə görüşlər keçirilib, geniş müsahibələr hazırlanıb.
Qeyd edək ki, Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru, “Liqa” qəzetinin baş redaktoru Mərhəmət Lələyev cənub bölgəsinin tanınmış simaları ilə mütəmadi olaraq görüşlər keçirir, onların həyat yolu, fəaliyyəti və cəmiyyətə töhfələri barədə video formatında müsahibələr təqdim edir.
Hüseynbala Mirələmovla görüş
Səfər zamanı tanınmış ictimai-siyasi xadim, yazıçı, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar mühəndisi Hüseynbala Fazil oğlu Mirələmov ilə görüş keçirildi.
Hüseynbala Mirələmov 3-cü, 4-cü və 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, ölkənin elm və ədəbiyyat mühitində böyük nüfuz sahibi kimi tanınır.
Hazırda yaradıcılıq fəaliyyəti ilə məşğul olan Hüseynbala müəllimlə aparılan müsahibə olduqca maraqlı və dəyərli məqamlarla yadda qaldı.
Yaxın günlərdə geniş video-müsahibə izləyicilərə təqdim ediləcək.
Xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibə
Bu gün həmçinin Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycan xalq şairi, ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru Sabir Rüstəmxanlı ilə də görüş və müsahibə baş tutub.
Bu dəyərli müsahibə də yaxın günlərdə video formatında yayımlanacaq.
İş adamı İqrar Həsənovla görüş
“Gürdəsər Xeyriyyə Cəmiyyətinin sədri, iş adamı və xeyriyyəçi, Lerik rayonunun Gürdəsər kəndindən olan, hazırda ‘Avtopilot H’ şirkətinin təsisçisi və direktoru İqrar Həsənov”la səmimi və məzmunlu bir söhbət həyata keçirildi.
Müsahibə yaxın günlərdə izləyicilərə təqdim olunacaq.
İş adamı Vuqar Məmmədovla müsahibə
“UluSəs TV”-nin baş redaktoru Şamil Cəfərov ilə birlikdə tanınmış iş adamı, sahibkar Vuqar Məmmədovla görüş keçirildi.
Lənkəran rayonunun Xarxatan kəndində anadan olan, hazırda Bakı şəhərində yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Vuqar müəllim həyat yolu, iş prinsipləri və sahibkarlıq təcrübəsi barədə geniş danışdı.
O, xüsusilə gənclərə çalışqanlıq, dürüstlük və vətənpərvərlik kimi dəyərləri əsas götürməyi tövsiyə etdi.
Əməkdar həkim Mailxan Tağıyev haqqında müsahibə
Səfər çərçivəsində “Tərəqqi” medallı, Əməkdar həkim, tibb elmləri namizədi və “Hipokrat” Tibb Mərkəzinin təsisçisi Mailxan Tağıyevlə də maraqlı bir müsahibə çəkildi.
Mailxan Tağıyev əsli Yardımlı rayonundandır.
Bu müsahibə də tezliklə video formatında təqdim olunacaq.
Bütün müsahibələr yaxın günlərdə Cənubunsəsi tərəfindən Rejissor Elsever Əliyev və Faiq Mirzə tərəfindən Cənubunsəsi facebook instgram tik tok və yotube kanallarında yayımlanacaq.
Sadiq izləyicilərimizi yeni və maraqlı video reportajlar gözləyir.
Cənubunsəsi bizimlə əlaqə 0502243897.








İnformasiya dəstəyinə görə "Xezertv.info", "Ulusestv.az", "Merhemet.tv" və "Zeferyolu.az" saytlarına dərin təşəkkürümüzü bildiririk.























































