Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
Azərbaycan UNESCO-nun bu komitəsinə üzv seçildi

Dekabrın 1-dən 2-dək Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
İclas çərçivəsində Azərbaycan UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.
Qeyd edək ki, sözügedən komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb.
Azərbaycanın komitəyə üzv seçilməsi, ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.























































