Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Pakistan-Əfqanıstan sərhədində yenidən qarşıdurma oldu

Pakistan və Əfqanıstan sərhədində yenidən silahlı qarşıdurma baş verib.
“Qafqazinfo” “Dawn” qəzetinə istinadən xəbər verir ki, hadisə Çaman sərhəd-keçid məntəqəsinin yaxınlığında qeydə alınıb.
Tərəflər qarşıdurma zamanı artilleriyadan istifadə edib.
Hər iki ölkə bir-birini təxribatda günahlandırıb. İnsident zamanı Pakistan tərəfdən 4 nəfər yaralanıb.
Xatırladaq ki, bu ilin oktyabrında Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurmalar başlayıb. Elə həmin ay Qətər və Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəsə nail olunub.























































