200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
“Qızıl kart” işə düşdü

ABŞ administrasiyası xarici investorları cəlb etmək üçün əlamətdar bir addım atıb.
“Qafqazinfo” xəbər verir ki, rəsmi olaraq istifadəyə verilən “Qızıl Kart” proqramı 1 milyon dollar investisiya qoyanlara sürətləndirilmiş “Green Card” imkanları təqdim edir.
İqtisadiyyatı stimullaşdırmaq məqsədilə elan edilən proqram “vətəndaşlığın artıq pulla alınıb-alınmayacağı” ilə bağlı müzakirələrə səbəb olub.
“Qızıl Kart” proqramı üçün müraciət haqqı 15 000 dollar, təsdiqləndikdən sonra investisiya məbləği isə 1 milyon dollardır.
Ərizə rədd edilərsə, 15 000 dollarlıq ödəniş geri qaytarılmır və ABŞ xəzinəsinə köçürülür.
Qeyd edək ki, proqram ilk dəfə elan edildikdə, investisiya məbləği 5 milyon dollar idi, lakin müraciət sayının az olması və tənqidlər səbəbindən 1 milyon dollara endirildi.























































