Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Venesuela BMT TŞ-nin təcili iclasının keçirməsini tələb etdi

Venesuela ABŞ-nin hərəkətlərinə cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirməsini tələb edib.
“Qafqazinfo” “The New York Times”a istinadən xıəbər verir ki, Venesuela xarici işlər naziri bununla bağlı BMT-yə məktub ünvanlayıb.
“ABŞ Prezidenti milli suverenliyimizi bütün dünyanın gözü qarşısında təhdid edir. Ölkənin ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozur”, - məktubda deyilir.
Karakas ABŞ-ni beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edib.
Nəşr yazır ki, BMT Təhlükəsizlik Şurasına ünvanlanan ayrıca bir məktubda ABŞ-nin gəmilərə və ticarətə qarşı hərəkətlərinin yazılı şəkildə pislənməsi tələb edilib.























































