Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Qərbi Azərbaycan Amasiya rayon İcmasının tədbiri
Qərbi Azərbaycan Amasiya rayon icmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ad günü münasibəti ilə təntənəli tədbir keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Tənzilə Rüstəmxanlı, İcmanın tanınmış alimləri, jurnalistlər, şairlər, veteranlar və kənd icma sədrləri iştirak ediblər.
Tədbirdə Amasiya rayon icmasının sədri akademik Abel Məhərrəmov geniş məruzə ilə çıxış etdi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında tarixi və misilsiz xidmətləri haqqında deniş məlumat verdi. Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Tənzilə Rüstəmxanlı, əməkdar jurnalistlər Səyyad Ağbabalı, Hümbət Musayev, professorlar Avtandil Ağbabalı, Aslan Bayramov, veteran jurnalist Əsgər Əsgərov və digərləri çıxış etdilər. Azərbaycan Yazıçılar Birliyinin üzvləri Şəmsi Qoca və İmran Güllübulaqlı qələmə aldıqları şeirləri səsləndiriblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Xezertv.info


























































