Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

02 Ock 13:33Manşet / Gündəm / Sosial

Sumqayıtda növbəti qanunsuz tikinti: MƏMUR HİMAYƏSİ ŞÜBHƏLİ-FOTOLAR

Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisində, Ocaq küçəsində qanunsuz tikinti faktı aşkarlanıb. Ərazi tam şəkildə hasara alınıb və intensiv tikinti işləri aparılır. Maraqlıdır ki, bu tikinti prosesi nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, nə də Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının rəsmi icazəsi olmadan həyata keçirilir.
Mediatv.az-a verilən məlumatlara görə, hasara alınmış ərazidə obyekt inşa etdirən şəxs yüksək vəzifəli məmurdur. Məhz bu səbəbdən tikinti işlərinin açıq-aşkar qanunsuz olmasına baxmayaraq, prosesə göz yumulur.
 Suallar çoxdur: qanunsuz tikintiyə kim icazə verib? 
Sumqayıt şəhərində hansı məmur öz səlahiyyətini aşaraq dövlət qurumlarının qərarlarını saymır?
Şəhər sakinləri Mediatv.az-a bildirirlər ki, adi vətəndaş bir metr hasar çəkmək üçün aylarla qapı-qapı düşdüyü halda, məmurlar üçün qanunlar sanki işləmir. Bu isə ölkədə qanunun aliliyinə ciddi kölgə salır.
Aidiyyəti qurumların susqunluğu, icra strukturlarının biganəliyi bir daha göstərir ki, Sumqayıtda qanunsuz tikintilər sistemli xarakter alıb. Əgər bu tikinti sadə vətəndaşa məxsus olsaydı, çoxdan texnika əraziyə yeridilərək işlər dayandırılardı. Ancaq məmur faktoru işə düşəndə qanunlar “görünməz” olur.
Mövzu diqqətimizdədir və araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin cavab haqqını tanıyırıq..
    Mediatv.az