Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Binəqədidə QANUNSUZ tikintilər kimlərin maraqlarına xidmət edir ?-FOTOLAR
Binəqədi–Novxanı yolunda aparılan qanunsuz tikinti işləri artıq açıq-aşkar ictimai narahatlıq doğurur. Yol kənarında, heç bir məlumat lövhəsi, icazə sənədi olmadan sürətlə ucaldılan tikililər bir sualı gündəmə gətirir: bu özbaşınalığa kim icazə verib və aidiyyəti qurumlar niyə susur?
Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, hər bir tikinti işi müvafiq icra hakimiyyəti orqanlarının razılığı və rəsmi sənədlər əsasında aparılmalıdır. Lakin Binəqədi–Novxanı yolunda gedən tikinti prosesində bu tələblərin heç birinə əməl olunmadığı iddia edilir. Mediatv.az xəbər verir ki,nə ərazidə ictimai məlumatlandırma lövhəsi var, nə də təhlükəsizlik normalarına riayət edilir.
Bu vəziyyət təkcə qanun pozuntusu deyil, eyni zamanda insanların həyat və sağlamlığına biganə münasibətin göstəricisidir.
Sual olunur: Binəqədi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,FHN-yi eləcə də digər nəzarət orqanları bu tikintidən xəbərsizdir, yoxsa xəbərdar olub göz yumurlar? Əgər xəbərsizdirlərsə, nəzarət mexanizmləri niyə işləmir? Əgər xəbərdardırlar və tədbir görülmürsə, bu, artıq himayədarlıq şübhələrini yaradır.
Cəmiyyət haqlı olaraq cavab gözləyir. Qanunsuz tikintilər kimlərin maraqlarına xidmət edir və bu maraqlar qanundan üstün tutulurmu? Aidiyyəti qurumlar məsələyə aydınlıq gətirməli, qanunsuz tikintinin dərhal dayandırılması və qanunsuz tikintiyə icazə verən şəxslərin cəzalandırılması üçün addımlar atmalıdır.
Əks halda, Binəqədi–Novxanı yolundakı bu mənzərə bir daha sübut edəcək ki, bəzi hallarda qanun kağız üzərində qalır, özbaşınalıq isə real həyatda hökm sürür.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
Mediatv.az






















































