Xəbər Lenti
Dün, 07:39
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
23-01-2026, 07:57
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
22-01-2026, 07:06
Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
22-01-2026, 07:01
Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
02 Ara 09:29Manşet
Qanunsuz tikintilərin qarşısı belə alındı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
Nazirlikdən verilən məlumata görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyektlərin sökülməsi təmin edilib.






















































