Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə edilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd "Platinium Seven" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.






















































